“Artıq işğaldan azad edilmiş ərazilərdə üç gömrük var”.
KONKRET.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradov deyib.
O bildirib ki, postlar artıq istifadəyə də verilib:
“İşğaldan azad olunmuş ərazilərdə gömrük xidmətinin təşkili üçün Qubadlı rayonu ərazisində “Qubadlı”, Zəngilan rayonu ərazisində “Qazançı” və Füzuli rayonu ərazisində “Füzuli beynəlxalq hava limanı” gömrük postları yaradılaraq istifadəyə verilib”.
