Azərbaycan Albaniyaya başsağlığı verdibackend

Azərbaycan Albaniyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Albaniyada baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

KONKRET.AZ xəbər verir ki, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“Albaniyada bu gün baş verən güclü zəlzələ ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladıq. Zəlzələ qurbanlarına və Albaniya xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, – deyə qeyd olunub.

Xatırladaq ki, Albaniyada baş verən 6.4 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb, 600 nəfərdən çox insan xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*