Azərbaycan – Avstriya oyunu bu stadionda keçiriləcəkbackend

Azərbaycan - Avstriya oyunu bu stadionda keçiriləcək

Futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya seçməsi ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

KONKRET.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, F qrupunda yer alan Azərbaycan millisi ilk üç oyunda 1 xal toplayıb. Canni De Byazinin yetirmələri I turda səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*