Azərbaycan dənizçiləri şəhidlərimizi hörmətlə andı – VİDEObackend

Azərbaycan dənizçiləri şəhidlərimizi hörmətlə andı - VİDEO

Bu gün, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Vətən Müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçiləri də sükut dəqiqəsinə qoşulublar.

KONKRET.az-a bu barədə ASCO-dan məlumat verilib.

Məlumata görə, gəmilərdən fasiləsiz fit səsi verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*