Azərbaycan Ermənistana 11 hərbçinin meyitini TƏHVİL VERDİbackend

Azərbaycan Ermənistana 11 hərbçinin meyitini TƏHVİL VERDİ

Azərbaycan Qırmızı Bazar kəndində Rusiya sülhməramlı hərbçilərinin müşayiəti ilə Ermənistan tərəfə İkinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 11 hərbçinin meyitini verib.

KONKRET.az bu barədə “Aysor.am”-a istinadən xəbər verir.

Bildirilib ki, onların kimliyi Ermənistanda məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.

Məlumata görə, 2020-ci il noyabrın 13-dən Azərbaycan Ermənistana 1 697 meyit təhvil verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*