“Azərbaycan əsgərlərinin Bakıya qaytarılması müzakirə olunmur” – Xaçatryanbackend

"Azərbaycan əsgərlərinin Bakıya qaytarılması müzakirə olunmur" - Xaçatryan

“Ermənistanda saxlanılan iki Azərbaycan əsgərinin Bakıya qaytarılması müzakirə olunmur”.

KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Armen Xaçatryan deyib. O, Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgərlərinin Bakıya qaytarılması ehtimalını istisna edib.

Xaçatryan Azərbaycan hərbçilərinin ermənilərlə dəyişdirilməsi məsələsinə toxunub. O, azərbaycanlıların Ermənistan ərazisində olduqları zaman törətdikləri iddia edilən “cinayətlər”dən danışıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*