Azərbaycan millisi Avropa Kubokunda mübarizəyə başlayırbackend

Azərbaycan millisi Avropa Kubokunda mübarizəyə başlayır

Bu gün Azərbaycanın 3×3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada start götürən Avropa Kubokunda mübarizəyə başlayır.

KONKRET.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gələcək.

Komanda ikinci matçında meydan sahiblərini sınağa çəkəcək.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 15:40 və 19:15-də start götürəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, avqustun 23-də Azərbaycanın kişilərdən ibarət yığması Avstriya və Niderland ilə qarşılaşacaq.

  • Vətənin daşı
    Avqust 22, 2024 - 09:38

    45 nömrəli oyunçu Kürdəmirin Qaralar kəndindəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*