“Azərbaycan müraciətlərlə dayandırıla bilən ölkə deyil, cəzalandırılmalıdır” – Stepanyan SƏRSƏMLƏDİbackend

"Azərbaycan müraciətlərlə dayandırıla bilən ölkə deyil, cəzalandırılmalıdır" - Stepanyan SƏRSƏMLƏDİ

“Azərbaycan müraciətlərlə dayandırıla bilən ölkə deyil”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “deputat”ı Qeqam Stepanyan Twitter mikrobloqunda yazıb.

“44 günlük müharibə zamanı çoxlu çağırışlar edildi. Lakin bu, Azərbaycanın müharibəni davam etdirməsinə mane olmadı.

Azərbaycanı müraciətlərlə dayandırmaq mümkün deyil. Azərbaycan cəzalandırılmalıdır. Nöqtə”, – deyə Stepanyan sərsəmləyib.

P.S. Azərbaycanı haqq işi uğrunda heç kim dayandırmayıb, dayandıra da bilməz. Cəzalandırmaq deyəndə, yəni hər şey əksinə ola bilər, 30 illik cinayətlərinizə davam etmək istədiyinizə görə siz cəzalana bilərsiniz, bunu bilin.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*