Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, Şuranın tərkibi aşağıdakı kimidir:
Sədr
rəqəmsal inkişaf və nəqliyyat naziri
Üzvləri
iqtisadiyyat nazirinin müavini
maliyyə nazirinin müavini
rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (Azərkosmos)” İdarə Heyətinin sədri.