Azərbaycan Ordusu mühüm postları ələ keçirib – “Sürünən hücum” strategiyası uğurla həyata keçirilir – Erməni mediasıbackend

Azərbaycan Ordusu mühüm postları ələ keçirib – "Sürünən hücum" strategiyası uğurla həyata keçirilir - Erməni mediası

Basarkeçər ərazisindəki təmas xəttindəki vəziyyətə sahib olan @wargonzo layihəsi Azərbaycan Ordusunun uğurlu əməliyyatından bəhs edib.

KONKRET.az bloger Mikael Badalyana istinadən xəbər verir ki, rəsmi mənbələr üç hərbçinin həlak olduğunu desə də, ordu komandanlığı itkilərin sayının daha çox ola biləcəyini bildirir.

“Azərbaycan piyada qüvvələri bölgədə yerləşən ən azı daha iki postu ələ keçirib”, – deyə məlumatda bildirilir.

Erməni mətbuatı Ankara və Bakının ortaq bir ordu yaradacağı barədə bəyanatlarını təsadüfi saymır. Hərbi ekspertlər iddia edir ki, Türkiyə parlamentinin spikerinin diqqətəlayiq bir açıqlaması fonunda başqa bir eskalasiya baş verir. “Ötənilki müharibə mahiyyətinə varsaq görərik ki, türk zabitlərinin rəhbərlik etdiyi ortaq ordu rəsmi bəyannamələrdən çox əvvəl yaradılıb. Onu da qeyd etmək vacibdir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları heç bir halda Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin əməliyyat zonasında baş vermir. Bu da əsas məqam sayılmalıdır.

Azərbaycanlılar Ermənistanın dərinliklərinə doğru hərəkət edirlər. Üstəlik, hərəkətləri açıq şəkildə Ukrayna Silahlı Qüvvələrinin altı ildir – 2015-ci ildə Minsk razılaşmaları imzalandıqdan sonra fəal şəkildə istifadə etdiyi Kiyevin “sürünən hücum” strategiyasına bənzəyir.

Əvvəlcə – top atəşi, daha sonra – piyadaların “boz zonada” irəliləməsi və nəhayət, düşmən mövqelərini tutmaq üçün birbaşa cəhdlər.

@Wargonzo layihəsinə görə, Bakının “sürünən hücumları” nəticəsində azərbaycanlılar neytral zonanın (bəzən eni 3-5 km-ə çatır) və digər istiqamətlərdə əhəmiyyətli hissələrini işğal etməyi bacardılar. Xüsusilə Azərbaycan piyada qoşunlarının “boz zona”dakı hərəkətləri Naxçıvanla təmas xəttindəki Yerasx bölgəsində də qeydə alınıb”.

Natiq Səlim,

KONKRET.az

  • Bayram
    İyul 28, 2021 - 18:06

    Olari yer uzunden qasimaq lazimdi olara gun isigi vermek lazim deyil o serefsizlere

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*