Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutuldubackend

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutuldu

Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*