Azərbaycan polislərinə videoçarx həsr olundu – VİDEObackend

Azərbaycan polislərinə videoçarx həsr olundu - VİDEO

Bakı Media Mərkəzi Mədəniyyət Nazirliyinin dəstəyi ilə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə yeni videoçarx hazırlayıb.

Videoçarx bu dəfə polislərə həsr olunub.

Bildirilib ki, Azərbaycan polisləri koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə həkimlərimizlə yanaşı ön cəbhədədirlər.

Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir.

Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*