Azərbaycan qaz ixracını kəskin artırıbbackend

Azərbaycan qaz ixracını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 357 692,34 min ABŞ dolları dəyərində 3 318 506,3 min kubmetr təbii qaz ixrac edib.

KONKRET.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin ilk iki ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,3 dəfəyə yaxın, həcmi isə 2,4 dəfə artıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan 2 190 522,13 min ABŞ dolları dəyərində 12 424 490,44 min kubmetr təbii qaz ixrac edib. Ötən il ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,44%, həcmi isə 0,9% azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*