“Azərbaycan qoşunları Ermənistanın ərazisini tərk etməlidir, əks halda …” – Ermənistan rəsmisibackend

"Azərbaycan qoşunları Ermənistanın ərazisini tərk etməlidir, əks halda ..." - Ermənistan rəsmisi

Ermənistan rəsmisi rus sərhədçilərinin Qeqarkunikdə yerləşməsi məsələsindən bəhs edib.

KONKRET.az erməni mediasına istinadla bildirir ki, bu barədə Baş nazirin müavini Tiqran Avinyan Gümrüdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O bildirib ki, Moskva ilə müzakirələr aparılır, lakin Azərbaycan qoşunları Ermənistanın ərazisini tamamilə tərk etməlidir, yoxsa bu məsələ həll oluna bilməz.

Onun sözlərinə görə, Ermənistan sərhəd böhranı ilə bağlı mövqelərindən geri çəkilməyəcək. Müzakirələr  davam edir və bu danışıqların növbəti mərhələsi gözlənilir.

P.S. Ermənilər hələ də anlamırlar ki, Azərbaycan Ordusu öz sərhədləri daxilində yerləşib, əksinə onlar bizim sərhədlərimizi tez-tez pozmağa çalışarlar və buna görə də hərbçilərimiz tərəfindən layiqli cavablarını alırlar.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*