Azərbaycan quru sərhədlərini açır? – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycan quru sərhədlərini açır? - RƏSMİ AÇIQLAMA

Quru sərhədlərin bağlı olması turizmə təsir edir, lakin sərhədlərin tamamilə açılmasında da risklər var.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması sırf ölkəmizlə əlaqəli məsələ deyil:

“Azərbaycan 60-dan çox ölkə ilə sərhədləri açıb. Problem ondadır ki, digər ölkələrdə yoluxanların sayı artıb və həmin ölkələrdən giriş-çıxışda məhdudiyyətlə tətbiq olunur”.

Fuad Nağıyevin sözlərinə görə, mövcud səbəblərdən dolayı dövlət hansı risklərin ola biləcəyini hesablayır:

“Biz Dövlət Turizm Agentliyi olaraq istərdik ki, ölkəyə daha çox turist gəlsin. Lakin biz bilməliyik ki, hansı risklərlə qarşılaşa bilərik. Məsələn, biz Gürcüstanla quru sərhədləri açsaq və yoluxan və ölüm faktı çoxalacaqsa, bu dövlət üçün risk kəsb edəcək. Hazırda Gürcüstanda yoluxma sayı çoxdur”.

Agentlik sədri qeyd edib ki, dövlət ilk olaraq öz vətəndaşlarını qorumağı düşünür və müvafiq proses ardıcıl olaraq aparılmalıdır.

  • Raqif
    Dekabr 7, 2021 - 20:54

    Məncə quru sərhədlərin açılnasının elə bir riski , aviadan qat qat azdır . 150 nəfər uçur bir təyarədə , yüzlərlə insan aeroportda bir biri ilə kontakda olur . Amma şəxsi maşında ailə ilə sərhəddi kecəndə heç bir kontakt yoxdur . Məncə ailə ilə şəxsi maşınlar üçün quru sərhəd açılmalıdır .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*