“Azərbaycan təkcə Qafanda 2700 hektar əraziyə nəzarət edir”.
KONKRET.az xəbər verir ki, bu barədə “Tatoyan” Fondunun Hüquq və Ədalət Mərkəzinin regionda araşdırma aparan hesabatında deyilir.
“2022-ci il sentyabrın 13-14-də Azərbaycan Silahlı Qüvvələri Zəngəzur rayonunun Qafan icmasının 2700 hektar ərazisinə nəzarəti ələ keçirib.
Bundan başqa, 1000 hektardan çox ərazi təhlükəli zonada yerləşir. Burada hər hansı kənd təsərrüfatı və digər işlərin aparılması mümkün deyil. Bu torpaqlar Nerkin And, Sraşen, Şikahoq, Çakaten, Geqanuş kəndlərində yerləşir”, – hesabatda deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
