“Azərbaycan tez bir zamanda Şuşa Bəyannaməsinin icrasına çalışmalıdır” – Politoloqbackend

"Azərbaycan tez bir zamanda Şuşa Bəyannaməsinin icrasına çalışmalıdır" - Politoloq

“Uzun müddətdir atəşkəsin pozulma hallarının arxasında Azərbaycana qarşı məkirli siyasəti olduğu gün kimi aydındır”.

KONKRET.az bildirir ki, bunu politoloq Samir Hümbətov deyib. O bildirib ki, 44 günlük müharibədə ordusunun təqribən 70-80%-ə qədərini itirmiş Ermənistan tərəfinin belə “ürəkli” addım atacağı heç kimə inanıdırıcı gəlmir:

“Ona görə də yenidən gündəmə gəlmiş atəşkəsin pozulma hallarının arxasında dayanan əsas qüvvə Cənubi Qafqazda öz varlığını bütün gücü ilə qoruyub saxlamağa çalışan Rusiyanın Ermənistana və ermənilərə verdiyi dəstək dayanır. Məhz buna görədir ki, uzun müddətdir atəşkəsin pozulması hallarının davam etməsi fonunda Rusiya Müdafiə Nazirliyi açıqlama verərək bildirir ki, rus “sülhməramlıları” münaqişə bölgəsində vəziyyətə nəzarət edir və regionda vəziyyət stabildir.

Rusiya üçün 200 ildən sonra Cənubi Qafqazda Türkiyənin mövcudluğu qaranlıq yuxu kimi gəlir və nə qədər ağır olsa da, Rusiya Türkiyənin regionda varlığını qəbul etməyə məcbur qaldı. Elə buna görə də regionda güc balansını öz xeyrinə dəyişmək və beləliklə də, region dövlətlərinə təsir imkanlarını genişləndirmək məqsədi ilə Qarabağdakı “sülhməramlıları”nın sayını artırmağa çalışır. Bu məqsədlə hətta dəfələrlə rus və erməni mediasında da bəzi məlumatlar yayılmağa başlanılmış və hətta jurnalistlər bununla bağlı prezident Vladimir Putinə sual da vermişdilər. Görünən odur ki, Rusiya üçün vacib olan Cənubi Qafqazda ordusunun sayını çoxaltmaqla regiona nəzarət etməkdir. Bu da indiki reallıqda artıq qeyri-mümkün görünür”.

Politoloq qeyd edib ki, diqqət olunmalı digər məqam isə hazırkı vəziyyətdə Qarabağda fəaliyyət göstərən rus “sülhməramlıları”nın arsenalındakı silah-sursat və hərbi texnikalardır:

“Nəzərə alsaq ki, beynəlxalq hüquq və digər qanun və prinsiplərə görə sülhməramlıların xidmətində yüngül atıcı silahlar, bmp və digər yalnız sülh məqsədi ilə istifadə olunacaq və sülhü qoruyacaq silah-sursat və hərbi texnika olmalıdır. Amma biz Qarabağda fəaliyyət göstərən rus “sülhməramlıları”nın arsenalındakı silah-sursat və hərbi texnikaya nəzər yetirsək, orada sülhməramlı missiyaya aid olmayan silah-sursat və hərbi texnika görə bilərik. Burada digər bir önəmli məqam regionda daimi qeyri-sabitliyin olmasıdır ki, bu da Rusiya üçün regionda qalmaq deməkdir. Hətta dəfələrlə Rusiya dövlət və hökumət nümayəndələrinin dilindən Qarabağda 5 illik deyil, daha uzun müddətə qalmaq məsələsi səsləndirilib. Deməli məqsəd, Ermənistanı və erməniləri qızışdırmaqla regionda daimi qeyri-stabilliyi davam etdirmək və beləliklə, regionda daha uzunmüddətəqalmaqdır.
Zəngəzur dəhlizinin hələ də açılmaması, minaların xəritəsinin tam şəkildə Azərbaycana verilməməsi, Qazaxın 7 kəndinin və Naxçıvanın 1 kəndinin hələ də qaytarılmaması, dəfələrlə Rusiya XİN başçısı Sergey Lavrovun dilindən ATƏT-in və Dağlıq Qarabağın statusu məsələsinin səsləndirilməsi bizə hər şeyi açıq şəkildə göstərir. Hesab edirəm ki, Azərbaycan üçün artıq çox ciddi və lazım olan məsələ qalıb. Bu da 15 iyun 2021-ci ildə qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin bəzi vacib bəndlərinin tez bir zamanda icrası. Bununla paralel olaraq, Rusiyadan 10 noyabr 2020-ci üçtərəfli bəyannamənin bəzi bəndlərinin, xüsusilə də 4-cü bəndinin icrasını tələb etməliyik”./Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*