“Azərbaycan-Türkiyə hərbi təlimləri barədə həqiqət üzə çıxdı” – “Moskovskiy komsomolets”backend

“Azərbaycan-Türkiyə hərbi təlimləri barədə həqiqət üzə çıxdı” - "Moskovskiy komsomolets"

Türkiyə və Azərbaycan qoşunlarının birləşmiş qruplaşmasının genişmiqyaslı “Qış-2021” manevri fevral ayında Ermənistan sərhədləri yaxınlığında Türkiyədə keçiriləcək. Təlimin təşəbbüskarı Türkiyədir. Türkiyə Müdafiə Nazirliyi bildirib ki, manevrlər 1-dən 12-nə qədər olacaq. “Defence Türk”ün verdiyi məlumata görə, Azərbaycan hissələri Türkiyəyə yanvarın 17-də gəlib.

Portal Türkiyə hərbi idarəsinə istinadən “Qış-2021” təlimlərinin Ermənistan sərhədindən 80 km aralıda, Qars şəhərinin kənarında keçiriləcəyini yazır. Təlim proqramı da məlumdur. Türkiyə-Azərbaycan qrupları hava hücumları ilə yanaşı, taktiki hava hücumu qüvvələrinin enməsini də tətbiq edəcəklər. Kulminasiya nöqtəsi xüsusi qüvvələr, tanklar və topçularla genişmiqyaslı təlim döyüşüdür. Bütün bunlar havadan vertolyotlarla dəstəklənəcəkdir. Bir gün əvvəl internetdə türk komandanlığı nümayəndələrinin Azərbaycan Ordusunun bölmələrini salamladığı bir video yerləşdirildi. Videoda Azərbaycan hərbçilərinə “Qarabağda Ermənistan üzərində böyük qələbə qazanan qardaşlar” deyə səslənilir və “Bir ürək, bir yumruq kimi çalışmağa davam edəcəyik”, – deyə tTürk komandanlığı pafosla çağırış edir.

Birləşmiş türk qoşunlarının Qars istiqamətində hərəkət etməsinin fotoları İnternetdə də yayılıb. Fotolarda topçu, zirehli texnika və yük maşınları olan traktorlar aydın görünür. Bəs, mütəxəssislər bu təlimi necə qiymətləndirirlər?

“Bu tipik bir güc nümayişidir”, – deyə hərbi ekspert Oleq Jeltonojko “MK”-ya “Qış-2021” təlimlərinin mənasını izah edərkən bildirib. O vurğulayıb ki, “Təlimlərin Ermənistan sərhədlərinə bu qədər yaxın baş verməsi təəccüblü deyil. Hesablamalara görə, Ermənistan radarlarında və ya rabitə vasitələrində atışlar və partlayışlar aydın şəkildə eşidiləcək. Başqa sözlə, türklər öz qabiliyyətlərini, bölgədəki iştiraklarını və varlıqlarını nümayiş etdirməyə davam edirlər. Və bu güc nümayişi ilk deyil və son olmayacaq. Eyni zamanda, təsadüfən uçan mərmilər şəklində bir təxribat olmayacağına əminəm”.

Dağlıq Qarabağdakı rus sülhməramlılarına gəlincə, mütəxəssisin fikrincə, bu təlimlər onlara təsir etmir. “Sülhməramlıların buna reaksiya göstərməsi mənasızdır”, – deyə ekspert qeyd edir. “Ən azı ona görə ki, hər iki tərəfin – Ermənistan və Azərbaycanın dəvəti ilə Dağlıq Qarabağdayıq. Və biz o bölgədəki heç kimə qarşı dost olmayan bir qüvvə deyilik. Oradakı vəzifələrimiz də fərqlidir: Dağlıq Qarabağda sülhü qorumaq, yerli əhali ilə qarşılıqlı əlaqə qurmaq, ağırlaşmanın qarşısını almaq”, -deyə Jeltonojka əlavə edib.

Xatırladaq ki, bölgədə 2 min rus hərbçidən ibarət sülhməramlı kontingenti fəaliyyət göstərir. Əsas hava-desant qüvvələrinin Ulyanovsk hava-desant hücum briqadasıdır. Bölgəyə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 10 noyabrda imzalanmış üçtərəfli sülh müqaviləsinə uyğun olaraq gəldilər. Sülhməramlı missiyanın qərargahı Stepanakertdə (Xankəndində) yerləşir. Həmçinin, qüvvələrin bir hissəsi Ermənistan və Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin ərazisində cəmləşib. Bu yol Azərbaycan ərazisindən keçir. Rusiya kontingentinin sərəncamında yeni BMD-4M hücum vasitələri, zirehli personal daşıyıcıları BTR-MDM “Shell”, elektron müharibə avadanlığı, pilotsuz təyyarələr “Orlan-10” və digər avadanlıqlar var.

Yeri gəlmişkən, Ermənistan rəhbərliyi hələ Qış-2021 təlimlərinə heç bir şəkildə reaksiya verməyib. “Düşünürəm ki, İrəvan hələ reaksiya verməyəcək. Çünki ölkədə dərin böhran hökm sürür. Böhran siyasi, mənəvi, hərbi və digər sahələri əhatə edir. Məğlubiyyət mənəvi baxımdan Ermənistana çox ağır zərbə vurub. Və bu vəziyyətə hələ ki, xarici dövlətlər reaksiya vermirlər. Allah qorusun, daxili problemlərinin öhdəsindən gələ bilməsələr, Ermənistan üçün heç nə yaxşı olmayacaq”, – deyə hərbi ekspert fikrini tamamlayıb.

Xatırladaq ki, hələ 2020-ci ilin sentyabrında Ankara ilə Bakı artıq Naxçıvanda birgə təlimlər təşkil etmişdilər. Bu, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq müqaviləsinə uyğun olaraq baş tutmuşdu. Göründüyü kimi, o təlim ilk mərhələ idi.

“Moskovskiy komsomolets”, 20 yanvar 2021.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*