Ağdama icazəsiz dönər əti apardı, həbs olundubackend

Ağdama icazəsiz dönər əti apardı, həbs olundu

Ağdam şəhərinə müvafiq icazəsi olmadan gedən şəxs həbs olunub.

KONKRET.az-ın xəbərinə görə, 22 yaşlı Vüsal Turabov (şərti adla) müvafiq icazə sənədi olmadan Ağdam şəhərinə gedib. Gecə saatlarında ərazidə xidmətdə olan polis əməkdaşı ondan icazə sənədi tələb edəndə isə buna məhəl qoymayıb və səs-küy salıb. Bu əməlinə görə, o saxlanılıb və barəsində protokol tərtib olunub.

Məlumata görə, V. Turabov Ağdam şəhərinə dönər əti gətiribmiş. O, ifadəsində əməlindən peşman olduğunu və ilk dəfədir ki, inzibati xəta törətdiyini bildirib.

Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*