Azərbaycan vətəndaşları bu ölkədən deport edildibackend

Azərbaycan vətəndaşları bu ölkədən deport edildi

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil, 62 xarici vətəndaşı ölkədən deport edib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Azərbaycan, Belarus, Nigeriya, Misir, Nepal, Rusiya, CAR, Sudan, İordaniya, Filippin və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*