Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr məlum olub – SİYAHIbackend

Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr məlum olub - SİYAHI

Ötən il insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr məlum olub.

KONKRET.az-ın xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Qurbanlardan 74-ü Türkiyə, 12-si Rusiya, 7-si İran, 1-i Birləşmiş Ərəb Əmirlikləri, 1-i isə Azərbaycanda istismara məruz qalıb.

Qeyd edək ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*