“Azərbaycana kənar təzyiqləri artırmaq lazımdır, başqa yol yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Haaqa məhkəməsi Laçın dəhlizi ilə bağlı qərarın icrası üçün son tarix təyin etməyib, lakin o, dərc edildiyi andan icraya tabedir.
Beynəlxalq məhkəmələrin qərarları və onların icrası yerli məhkəmələrdən fərqlidir. Çünki icra xidməti yoxdur. Əgər Bakı məhkəmənin qərarını yerinə yetirməkdən imtina edərsə, o zaman BMT Təhlükəsizlik Şurası məsələyə müdaxilə edə bilər. Lakin bu halda belə məhkəmə aktının icrasına heç bir təminat yoxdur. Çünki Təhlükəsizlik Şurası dövlətlərin maraqlarının təmin olunduğu siyasi orqandır. müxtəlif ölkələr təmsil olunur.
Ona görə də Azərbaycana kənar təzyiqləri artırmaq lazımdır, başqa yol yoxdur”, – deyə Kirakosyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
