Azərbaycana taksi fəaliyyəti üçün çoxlu avtomobil gətirilib – “Karşerinq” xidmətinə start verilir? – VİDEObackend

Azərbaycana taksi fəaliyyəti üçün çoxlu avtomobil gətirilib - “Karşerinqxidmətinə start verilir? - VİDEO

Taksi şirkətlərindən birinin ölkəyə yeni avtomobillər gətirdiyi iddia olunur.

KONKRET.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbələlərdə yayılıb.

Videonun şərh bölməsində həmin avtomobillərin “karşerinq” xidməti üçün istifadə ediləcəyi bildirilib. Nəzərinizə çatdıraq ki, “Karşerinq” xidməti ilə vətəndaş avtomobili kirayə olaraq götürüb A nöqtəsindən B nöqtəsinə gedir.

Bəs görəsən dünya ölkələrində xeyli populyar olan bu xidətin Azərbaycanda tətbiqi nə dərəcədə realdır?

Məsələ ilə əlaqədar BAKU.WS-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, “karşerinq” xidməti dünyanın istənilən ölkəsində aktivdir. Bu sistemin Azərbaycanda istifadəsi mümkündür:

“Hesab edirəm ki, bu daha gəlirli sahədir, nəinki maşını tələsik dəyər-dəyməzə satmaq”.

Xidmət müqavilində qiymətlərə gəlincə isə ekspert deyir ki, bu, maşının neçə kilometr sürülməsindən asılıdır. Burada məsafəyə görə ödəniş taksi xidmətində olduğu kimi hesablana bilər:

“Bu xidmətin Moskva variantına icarənin bir növü kimi yanaşılır. Misal üçün icarəyə götürdüyün nəqliyyat vasitəsini mütləq haradan götürmüsənsə oraya qoymalısan. Lakin onda elə deyil. A nöqtəsindən B nöqtəsinə getmək istəyən şəxs maşını elə B nöqtəsində saxlayır. Belə olmağı üçün qanunvericilikdə də müəyyən dəyişikliyə ehtiyac var. Çünki avtomobillərin etibarnamə məsələsi də bizdə fərqli tənzimlənir”.

  • Nadir Həsənov
    Aprel 2, 2024 - 09:06

    Moskvada hələ 2018-ci ildə Karşerinq xidmətində bir necə dəfə istifadə etmişdim. Taksi xidmətindən dəfələrlə ucuz idi. Ən üstün cəhəti odur ki, olduğun məntəqədə ən yaxın yerdə internet vasitəsilə dayanmış maşın tapıb bank kartı vasitəsilə ödəniğ edəndən sonra maşına yaxınlaşanda peyk vasitəsilə qapının kilidi açılır və əgər benzin azdırsa maşında olan 20 litrlik kartda benzin də doldurmaq olur. Bütün maşinlar tam sığortalıdır. Son getdiyiniz məntəqədə avtombilin icarəsinin sonlanması barədə şirkətə məlumat verildikdən sonra qapılar kilidlənir və həmin yerə ən yaxın növbəti istifadəçi həmin maşından yuxarıdaki qaydada istifadə edə bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*