Azərbaycanda daha bir erkən nikaha CƏHD – Məktəbli nişanlandıbackend

Azərbaycanda daha bir erkən nikaha CƏHD – Məktəbli nişanlandı

Kürdəmirdə 11-ci sinif şagirdi nişanlanlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, Kürdəmir rayonu Siyavuş Dəmirov adına Karrar kənd orta məktəbinin 11 ci sinif şagirdini nişanlayıblar.

“Atası deyib ki, onsuz da imkanım olmayacaq oxutmağa. Məlumatı artıq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Regional qrupuna bildirmişəm. Sabah polis şöbəsində “andiçmə” mərasimi olacaq. Kürdəmir Rayon İcra Hakimiyyəti, yəqin ki, xəbəriniz yoxdur”, – deyə Kəmalə Ağazadə bildirib.

Azərbaycan Uşaq Birliyinin sədri qeyd edib ki, onda olan məlumata görə həmin məktəbdə başqa nişanlı qızlar da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*