2026-cı ilin yanvar-iyun aylarında Xankəndi şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1644,3 manat təşkil edib.
KONKRET.az modern.az-a istinadla xəbər verir ki, bu göstərici ilə Xankəndi Azərbaycanın inzibati şəhərləri arasında lider mövqedədir.
Hesabat dövründə Xankəndidə muzdla çalışan işçilərin sayı 1,7 min nəfər olub.
Ümumilikdə, Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1174,4 manat, Bakı şəhərində isə 1487,3 manat təşkil edib.
Qarabağ iqtisadi rayonu üzrə orta aylıq nominal əməkhaqqı 751,1 manat olub. İqtisadi rayona daxil olan Şuşada bu göstərici 1143,8 manat, Xocalıda 1097,5 manat, Xocavənddə 775,4 manat, Ağdamda 754,6 manat, Füzulidə 712,9 manat, Bərdədə 712,7 manat, Tərtərdə 680,9 manat, Ağcabədidə isə 655,8 manat təşkil edib.
