Azərbaycanda general-mayor VƏFAT ETDİbackend

Azərbaycanda general-mayor VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov vəfat edib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, o, ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, general Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.

O, 2022-ci ilin iyul ayında DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrə əsasən təqaüdə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*