Azərbaycanda icra başçısının müavini və xanımı COVID-19-a yoluxdu – YENİLƏNİBbackend

Azərbaycanda icra başçısının müavini və xanımı COVID-19-a yoluxdu - YENİLƏNİB

Təhsil Nazirliyi Samux icra başçısının müavininin ailəsinin koronavirusa yoluxması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən bildirilib ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru, 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızı 14 iyun 2020-ci ildə koronovirus (COVID-19) diaqnozu ilə bağlı Goranboy Rayon Xəstəxanasına yerləşdirilib:

“Məktəb direktorunun səlahiyyətləri 16 iyun 2020-ci ildən Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib”./oxu.az/

***

11:23
Azərbaycanda koronavirus pandemiyasının geniş yayıldığı bu günlərdə daha bir vəzifəli şəxs virusa yoluxub.

KONKRET.az qafqazinfo-ya istinadla xəbər verir ki, Samux rayon icra hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev və onun həyat yoldaşı, Gəncə şəhər 10 saylı orta məktəbin direktoru Arzu Əliyeva koronavirusa yoluxub.

Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızı 14.06.2020-ci il tarixdə koronavirus (COVİD-19) diaqnozu ilə bağlı Goranboy rayon Xəstəxanasına yerləşdirilib.

Məktəb direktorunun səlahiyyətləri 16.06.2020-ci il tarixdən Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*