Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ 

Daxili İşlər Nazirliyi mütəmadi olaraq cəmiyyətin müəyyən sferalarından olan şəxslərin xüsusi karantin rejimi qaydalarını pozulmasına dair məlumatlar yayır.

Bəs ölkədə elan edilən xüsusi karantin rejimi müddətində prosesə nəzarət edən polislər arasında qanunun tələbini pozan olubmu?

KONKRET.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarına nəzarət edilməsində daxili işlər orqanları əməkdaşlarının danılmaz xidmətləri var:

“Görülən tədbirlər ictimaiyyət tərəfindən də dəstəklənir. Lakin bununla belə, rejimin tələblərinə nəzarət edən şəxsi heyət arasında çox az sayda olsa da, xidməti vəzifələrinə laqeyd yanaşan, səhlənkarlıq edən əməkdaşlar olub və belələri barəsində müvafiq intizam tədbirləri görülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*