Azərbaycanda köhnə uşaq xəstəxanası YANDIbackend

Azərbaycanda köhnə uşaq xəstəxanası YANDI

Şəkidə köhnə uşaq xəstəxanası yanıb.

KONKRET.az xəbər verir ki, hadisə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, Mirzə Fətəli Axundzadə küçəsində yerləşən və hazırda istifadə edilməyən xəstəxanada baş verib.

Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb. Yanğının ətrafda yerləşən və yaşayış olmayan digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə yerinə FHN-nin Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*