Rusların Putinlə bağlı bu qərarı dünyanı şoka saldıbackend

Rusların Putinlə bağlı bu qərarı dünyanı şoka saldı

Rusiyada Prezident Vladimir Putinə etimad səviyyəsi və onun fəaliyyətinin bəyənilmə göstəricisi ardıcıl ikinci həftə azalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTsİOM) keçirdiyi son sorğunun nəticələrində bildirilir.

Sorğuya əsasən, Putinin fəaliyyətini bəyənənlərin payı əvvəlki həftədəki 66,9%-dən 66,0%-ə enib.

Prezidentə etimad göstəricisi də ikinci həftədir ki, azalır. Belə ki, bu göstərici bir həftə əvvəlki 73,3%-dən 72,3%-ə düşüb. Bundan əvvəlki həftədə isə etimad səviyyəsi 76,7% təşkil etmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*