Azərbaycanda kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldıbackend

Azərbaycanda kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı

Koronavirusa kütləvi yoluxma qeydə alınan “Şəki Bazar” ASC yenidən fəaliyyətə başlayıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bazar bu gün səhərdən etibarən açılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19-a yoluxması hallarının qarşısının alınması məqsədilə “Şəki Bazar” ASC-nin üç gün müddətində fəaliyyətini dayandırması barədə qərar vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*