Millimizə məğlubiyyətdən sonra istefaya göndərildibackend

Millimizə məğlubiyyətdən sonra istefaya göndərildi

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb.

KONKRET.az qol.az-a istinadla xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası (LFF) məlumat yayıb. Yankauskasın istefaya göndərilməsi haqda qərar onun iştirakı ilə LFF prezidenti Edqaras Stankeviçyus və federasiyanın texniki direktoru Deyvidas Şemberas arasında keçirilən görüşdən sonra verilib.

Tərəflər açıq müzakirədən sonra qarşılıqlı razılıq əsasında Yankauskasla müqaviləyə xitam verilməsi barədə qərar qəbul ediblər.

Yankauskas milli komandada 4 il fəaliyyət göstərib.

Onun istefası haqda qərar Azərbaycan millisinə Bakıdakı məğlubiyyətdən (0:1) sonra verilib. Bu məğlubiyyət səbəbindən Litva millisinin qrupun qalibi olmaq şansı xeyli azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*