“Palmali”dən vurulan gəmi ilə bağlı açıqlamabackend

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

5 oktyabr 2026-cı il tarixində, “Palmali” Şirkətlər Qrupu tərəfindən idarə olunan “Royad Mammadov” adlı gəmi, Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına səfər edərkən Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Palmali” Şirkətlər Qrupu məlumat yayıb.

“Hücumdan sonra gəmidə yanğın baş verdi və heyətin təxliyəsi üçün xilasetmə əməliyyatlarına başlanıldı.

Bu faciəvi hadisə nəticəsində iki dənizçimizin həyatını itirməsi bizi dərindən kədərləndirir. Heyətin digər üzvləri təhlükəsiz şəkildə təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.

Həyatını itirən dənizçilərə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verərək onlara səbir arzulayırıq. “Palmali” Şirkətlər Qrupu olaraq, həyatını itirən dənizçilərin ailələrinin yanındayıq; bütün zəruri dəstək göstərilir və onların ehtiyaclarının qarşılanması istiqamətində işlər diqqətlə həyata keçirilir.

Hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlarla əlaqəli şəkildə yaxından izlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*