Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallarbackend

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyati təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib. Lakin bir neçə il sonra ikinci övladına hamilə qalan Səkinə bu hamiləliyi sonlandırmaq istəməyib.

Qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən qadının bir müddət sonra vəziyyəti pisləşib. Vəziyyəti ağır olan S.Yusifova Bakıya aparılarkən yolda komaya düşüb. Respublika Klinik Xəstəxanasına yerləşdirilsə də həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*