Azərbaycanda Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemi yaradıldıbackend

Azərbaycanda Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemi yaradıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini (MQRS) yaradıb.

KONKRET.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə sistemin test rejimində fəaliyyətinin yoxlanılması və ilkin mərhələdə məhdud funksionallıqla istifadəyə verilməsi ilə bağlı təqdimat keçirib. Təqdimat zamanı MQRS-nin hazırkı mərhələdə fəaliyyət mexanizmi, funksionallığı, habelə sistem vasitəsilə toplanılması nəzərdə tutulan məlumatların əhatəsi ətraflı müzakirə edilib.

Bundan başqa, kredit təşkilatlarının MQRS-ə inteqrasiyasını məqsədilə müvafiq texniki spesifikasiya hazırlanaraq sektor iştirakçılarına nümayiş etdirilib, bazar iştirakçılarına MQRS-ə inteqrasiya üçün zəruri texniki tədbirləri müəyyən edilmiş müddətdə yekunlaşdırmaq bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*