Mebel mağazasının sahibi aldadıldığını iddia edir.
KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət türkiyəli iş adamı, “Massimo Group” MMC-nin rəhbəri Necip Kösedən gedir.
Onun sözlərinə görə, ötən ilin avqustunda müştəri Bayram Yusifov dəniz kənarında yerləşən villası üçün şirkətdən mebel sifariş edib. O iddia edir ki, şirkət bir neçə otaqdan ibarət villanın bütün otaqlarını 200 min manatlıq mebellə təchiz etdikdən sonra villa sahibi pulu ödəməkdən boyun qaçırıb.
İş adamı iddia edib ki, dəfələrlə borclu ilə danışaraq borcu ödəməsini bildirsə də, müsbət cavab almayıb. Məsələdə adı çəkilən Bayram Yusifov isə bu məsələyə görə türkiyəli iş adamını məhkəməyə verdiyini bildirib.
Məsələdə adı çəkilən Bayram Yusifov öz mövqeyini bildirib. O, qeyd edib ki, məsələ ilə bağlı türkiyəli iş adamını məhkəməyə verib: “Ona dedim ki, nağd şəkildə pulum yoxdur, Xırdalanda bir mənzilim var, bundan sonra aldıqlarımı da həmin mənzillə əvəzləyə bilərik.”
Qeyd edək ki, mebel təminatı ilə bağlı qanuni sənədlər, tərəflər arasında bağlanmış müqavilə də mövcuddur.
Ətraflı süjetdə:
