“Azərbaycanda rus dilinə münasibəti yüksək qiymətləndiririk” – Lavrovbackend

"Azərbaycanda rus dilinə münasibəti yüksək qiymətləndiririk” - Lavrov

“Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibəti Rusiyada yüksək qiymətləndirilir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov keçirilən birgə mətbuat konfransında bildirib.

“Əsrlər boyu xalqlarımızı birləşdirmiş və bizə miras qalmış dostluğu möhkəmləndirməkdə davam edirik. Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibətini yüksək qiymətləndiririk”, – Lavrov deyib.

O, dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirildiyini vurğulayıb.

Onun sözlərinə görə, payızda Rusiyada Azərbaycan Mədəniyyət Günləri fevtivalı davam edəcək, həmçinin Rusiya teatrlarının Azərbaycana qastrolları baş tutacaq.

“Bu sahədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb”, – XİN başçısı diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*