Azərbaycanda son sutkada daha 11 nəfər koronavirusa yoluxdubackend

Azərbaycanda son sutkada daha 11 nəfər koronavirusa yoluxdu

Azərbaycanda bu gün koronavirus infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 992 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib. 53 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 422, bu günə qədər isə ümumilikdə 6 888 708 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*