Azərbaycan Dillər Universitetinin (ADU) II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb.
KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli APA-ya faktı təsdiqləyib. O bildirib ki, tələbənin valideynləri hüquq-mühafizə orqanlarına müraciət edib.
Hazırda axtarışlar davam etdirilir.
