Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanat yayıb. ABA-nın Rəyasət Heyətinin qərarına əsasən istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılır.
KONKRET.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası bəyanatında bildirib.
Bəyanatda deyilir ki, istifadə müddətinin uzadılması bir tərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.
Nərmin Rəhimova
