backend

Azərbaycanda yeni səfirlik açıldı

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib.

KONKRET.AZ bildirir ki, Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Elçin Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim edib.

Notada verilmiş məlumata əsasən, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayır.

Səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*