Azərbaycandan Macarıstana qaz kəmərinin çəkilməsi üçün danışıqlara başlanılıb – Nazirbackend

Azərbaycandan Macarıstana qaz kəmərinin çəkilməsi üçün danışıqlara başlanılıb - Nazir

Biz Azərbaycandan əhəmiyyətli dərəcədə qaz ala bilərik.

KONKRET.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu onilliyin ortalarında Macarıstan Azərbaycandan qaz almağa başlayacaq.

O qeyd edub ki, 2020-ci ilin sonunda yeni reallıq ortaya çıxdı, Cənubi Qaz Dəhlizi istifadəyə verildi.

P.Siyarto deyib ki, bu ilin sonunda Macarıstan Cənub Qaz Dəhlizinə birləşəcək: “Macarıstan qaz boru xətləri Serbiya qaz kəmərləri ilə birləşəcək. Macarıstanın Cənub Qaz Dəhlizindən qaz alması vacibdir. Azərbaycan qaz istehsalını artıra da bilər. Bunun nəticəsində biz əhəmiyyətli miqdarda qaz ala və 2023-2024-cü illərdə Azərbaycan qazından asılı ola bilərik. Hətta SOCAR-la danışıqlar da başlanıb ki, lazımi kəmərlər tikilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*