Putin Kasparovu öldürmək istəyirbackend

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb.

Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatının təsisçisi Harri Kasparovun öldürülməsini bir neçə ay ərzində planlaşdırıb. Kasparova bu ilin yayında xüsusi mühafizə verildiyi bildirilir. Bu barədə onun ətrafındakı mənbələr məlumat verib.

El Mundo yazır ki, İlya Ponomaryovun öldürülməsi ilə bağlı planlar isə daha ciddi mərhələyə çatıb. Ponomaryov Krımın ilhaqına qarşı səs verən yeganə rusiyalı deputat olub və Ukraynanın ərazi müdafiəsi qüvvələri ilə əməkdaşlıq edib.

Qəzetin məlumatına görə, hər iki siyasətçinin ABŞ-da öldürülməsi planlaşdırılıb. Üçüncü qurbanın adı açıqlanmır. Onun isə Vilnüsdə bıçaqla öldürülməsi və ya benzinlə yandırılması nəzərdə tutulub.

Ağagül Mürsəlov,
KONKRET az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*