backend

Azərbaycanın 2 güləşçisi II Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycanın 2 güləşçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə başlayıb.

“Report”un məlumatına görə, bu gün ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulub. Mahir Əmiraslanov (57 kq) 1/8 finalda Bolqarıstan təmsilçisi Georgi Vangelovu 6:5 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə makedoniyalı Vladimir Egorovla üz-üzə gələcək. Aleksandr Qostiyev (86 kq) isə moldovalı Denis Balaura qalib gəlib – 7:1. Onun növbəti rəqibi gürcüstanlı Sandro Aminaşvili olacaq.

Digər sərbəst güləşçilərə gəlincə, Hacımurad Hacıyev (74 kq) 1/8-də türkiyəli Soner Demirtaşa uduzub – 3:4. Cəmaləddin Məhəmmədov (125 kq) isə belaruslu Vitali Piasniakla görüşəcək.

Qeyd edək ki, bu gün həmçinin Azərbaycanın kamandan oxatma yarışında yeganə təmsilçisi Ozay Qasımova klassik kamandan oxatmada 1/32 almaniyalı Senta Rixterlə 0:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Kiçikçaplı tapança ilə 25 metrdən atəş açmaqda təsnifat mərhələsində isə Nigar Nəsirova uğursuz çıxış edib. 273 xal toplayan idmançı 35 nəfər arasında sonuncu yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*