“Azərbaycanın bu bölgəsində bağ sahələri susuzluqdan od tutub yanır” – VİDEObackend

"Azərbaycanın bu bölgəsində bağ sahələri susuzluqdan od tutub yanır" - VİDEO

“Su aydınlıqdır“ deyiminin Xaçmazın Həbibkənd kəndinin sakinlərinə heç bir aidiyyatı yoxdur. Kənd sakinləri indi suyu aydınlığa çıxmaq üçün yox, bağlarını suvarmaq üçün axtarsalar da, tapa bilmirlər.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, sakinlərin sözlərinə görə, su limitinin az olması səbəbindən bağları od tutub yanır.

“Yeni Həyat” Sudan İstifadə Edənlər Birliyinin sədri problemlə bağlı yuxarı instansiyalara məlumat verdiyini açıqlayıb. Yaxın bir həftə ərzində məsələnin həll olunacağına ümid etdiyini dilə gətirib.

KONKRET TV-yə açıqlama verən Xaçmaz Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Xaləddin Məlikov isə problemi Samur çayında mövsümün tələbinə uyğun kifayət qədər suyun olmaması ilə əlaqələndirib.

Məlumat üçün bildirək ki, Həbibkənddə 120-dən yuxarı yaşayış evi və 500 hektara yaxın bağ sahəsi mövcuddur. Sakinlərin sözlərinə görə,  KONKRET TV-nin çəkilişindən sonra  kəndə suvarma suyunun verilişi qismən bərpa edilib.

Emin Kərimov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*