Azərbaycanın bu ərazilərində 8° şaxta var –  FAKTİKİ HAVAbackend

Azərbaycanın bu ərazilərində 8° şaxta var - FAKTİKİ HAVA

Yanvarın 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

KONKRET.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Binə, Pirallahı, Hacıqabul, Culfa, Şəmkir, Şamaxı, Şabran, Yevlax, İmişli, Kürdəmir, Biləsuvar, Cəfərxan, Sabirabad, Zərdabda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*