Azərbaycanın bu il Türkiyəyə ixrac etdiyi qazın həcmi AÇIQLANDIbackend

Azərbaycanın bu il Türkiyəyə ixrac etdiyi qazın həcmi AÇIQLANDI

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə 15,6 % çox, yəni 2 milyard kubmetr qaz ixrac edib.

KONKRET.az  Energetika Nazirliyinin bu ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 919 milyon kubmetr qaz nəql olunub.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*