“Azərbaycanın tələbləri yerinə yetirilməyənə qədər dəhliz açılmayacaq” – Abramyanbackend

"Azərbaycanın tələbləri yerinə yetirilməyənə qədər dəhliz açılmayacaq" - Abramyan

“Dəhlizin uzunmüddətli “blokada”sının heç bir əsası yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Ermənistanı Qarabağla birləşdirən yeganə yol bağlı qalıb.

Qarabağda daxili ehtiyatların bölüşdürülməsinə baxmayaraq, indiki şəraitdə vəziyyət çətin olaraq qalır.

Dəhliz məsələsi ilə bağlı danışıqlarda əsas problem ondan ibarətdir ki, Azərbaycan maksimalist tələblər irəli sürür. Bu da nəinki prosesi dalana dirəyib, həm də irəliləyişə imkan vermir.

Yəni Azərbaycan nisbətən konstruktiv sahəyə qayıtmayınca böhranın həlli imkanları olmayacaq.

Ən azından Azərbaycanın məntiqlə uzun müddət dəhlizi “bağlamağa” resursu yoxdur.

Müəyyən mərhələdə bu vəziyyət ciddi problemə çevriləcək.

Azərbaycanın bu şərtlər altında blokadanı davam etdirməyə hazır olub-olmaması çətin seçim məsələsidir”, – deyə Abramyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*