Azərbaycanın yeni Baş naziri seçildibackend

Azərbaycanın yeni Baş naziri seçildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

KONKRET.AZ xəbər verir ki, məlumatına görə, müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib.

Xatırladaq ki, bu gün Milli Məclisdə Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi məsələsi gündəliyə daxil edilib.

Milli Məclisin gündəliyinə ümumilikdə 14 məsələ daxildir.

Qeyd edək ki, Əli Əsədov Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiridir.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2017-ci ilin 1 iyununda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Bu dəyişiklik nəticəsində Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin olunub.

Ə.Əsədov 2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*