Azərbaycanın tanınmış alpinisti, dünya miqyasında böyük nüfuz sahibi olan İsrafil Aşurlu növbəti möhtəşəm və təhlükəli missiyaya start verib.
KONKRET.az xəbər verir ki, alpinistimız bu dəfə planetin ən hündür, 7-ci zirvəsi sayılan, Himalay dağ sistemində yerləşən Dhaulagiri (8167 metr) zirvəsini fəth etməyə hazırlaşır. “Ağ dağ” mənasını verən Dhaulagiri mürəkkəb relyefi, kəskin hava şəraiti və texniki baxımdan çətin marşrutları ilə alpinistlər üçün əsl sınaq meydanı hesab olunur.
İsrafil Aşurlu Azərbaycan alpinizm tarixinin ən parlaq səhifələrini yazan şəxsiyyətdir. O, 1969-cu ildə Bakı şəhərində anadan olub. İxtisasca mühəndis-proqramçı olan İsrafil Aşurlunun dağlara həvəsi 2000-ci illərin əvvəllərindən başlasa da, qısa müddətdə peşəkar alpinizm səviyyəsinə yüksəlib və Azərbaycan bayrağını dünyanın ən nəhəng zirvələrinə sancmağı bacarıb.
İsrafil Aşurlu həm də “Azərbaycan Alpinizm Federasiyası”nın təşkilatçılarından biri və sabiq prezidentidir. O, beynəlxalq alpinizm icmasında peşəkar idmançı olmaqla yanaşı, həm də yüksək dağlıq şəraitdə risk altında olan digər alpinistlərin xilasedicisi kimi böyük hörmətə sahibdir.
İsrafil Aşurlunun fəth kolleksiyası dünyanın zəngin alpinizm salnamələrindən biridir. O, dünyada çox az sayda alpinistə nəsib olan nəhəng nailiyyətlərə imza atıb
İsrafil Aşurlu hər bir qitənin ən hündür zirvəsini fəth edərək “Yeddi Zirvə” (Seven Summits) proqramını tamamlayan ilk azərbaycanlıdır.
O, 2007-ci ilin may ayında Yer kürəsinin ən yüksək nöqtəsi
Everestə (8848 m) qalxaraq Azərbaycan bayrağını burada dalğalandıran ilk həmyerlimiz olub.

Monblan, Elbrus, Kilimancaro, Akonkaqua, Denali (Mak-Kinli), Vinson kimi qitə zirvələri də onun fərh siyahısındadır.
İsrafil Aşurli səkkizminlik (8000m+) – Everest (8848 m), dünyanın 3-cü ən hündür zirvəsi Kançencanqa (8586 m), dünyanın 4-cü ən hündür zirvəsi Lhotse (8516 m), Manaslu (8163 m), Brod-Pik (8051 m) zirvələrində də Azərbaycan bayrağını dalğalandırmağı bacarıb.
Keçmiş SSRİ ərazisindəki 7000 metrdən hündür olan 5 nəhəng zirvənin – İsmayıl Samani, Qələbə, Lenin, Xantengri, Korjenevskaya zirvələrinin hamısını fəth edərək bu “Qar Bəbiri” (Snow Leopard) tituluna layiq görülüb.
Hazırda məşhur Azərbaycanlı fəttah Dhaulagiri sınağı baş vurub.
Himalay dağ silsiləsində yerləşən Dhaulagiri (8167 m) dünya alpinistləri arasında fırtınaları və gözlənilməz qar uçqunları ilə tanınır. Bu zirvəyə ekspedisiya həm fiziki, həm də psixoloji baxımdan yüksək hazırlıq tələb edir.\\musavat.com
